Avropa İttifaqının qeyri-formal sammitinin iştirakçıları yeni Minsk sazişinin icrası prosesində çətinliklərin yaranacağı təqdirdə Rusiyaya qarşı əlavə sanksiyaların tətbiq ediləcəyini istisna etmir. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya kansleri Angela Merkel bildirib.