Ukrayna parlamentində iki deputat arasında baş verən dava parlamentin sesiyasını pozub. Dava Özünəkömək partiyasının üzvü Yehor Sobolyevlə Batkivşina partiyasının üzvü Vadym Ivçenko arasında düşüb və səbəb onların torpaq mülkiyyəti barədə qanunda razılığa gələ bilməmələri olub.
Ali Radanın sədri 15 dəqiqəlik fasilə elan etməli olub.
Parlament sədri onların cəzalandırılacağını və növbəti 5 sesiyada iştirakdan gənarlaşdırılacaqlarını bildirib.