Minskdə liderlər səviyyəsində Ukrayna böhranının həllinə həsr olunmuş danışıqlar keçirilir. Rusiya prezidenti Vladimir Putin Fransa prezidenti Fransua Olland, Almaniya kansleri Angela Merkel və Ukrayna prezidenti Petro Poroşenko Belarusun paytaxtında bir araya gəliblər.
Liderlər zirvəsi başladıqdan yarım saat sonra Poroşneko görüş zalını tərk edib. Baki-xeber.com İnterfaks xəbər agentliyinə istinadən xəbər verir ki, dörd liderin baş-başa görüşdüyü salonda Putinlə mübahisə edən Poroşnekonun salonu tərk etdiyini bildirir. Ukrayna liderinin əsəbi bir şəkildə Prezident Sarayının ikinci mərtəbəsindəki bir başqa salona keçdiyi xəbər verilir. Görüş başlamadan əvvəl hər iki lider görüşmüşdü.
Daha sonra Poroşenkonın Ukrayna heyəti ilə ikinci mərtəbədə görüşdükdən sonra yenidən görüş salonuna geri döndüyü bildirilir. Bundan sonra liderlər yığıncaq otağından media qarşısına çıxıblar və görüş yenidən davam etdirilib.
***
Başqa bir məlumata görə, Poroşenko yığıncaq otağını tərk etdiyi vaxt başqa bir otaqdan Ukrayna müdafiə naziri ilə telefonla danışaraq cəbhədəki son vəziyyətlə bağlı bəzi məlumatlar aldığı və geri döndüyü bildirilir.
Putin, Poroşneko, Merkel və Hollandenin birgə qapalı görüşündən sonra xarici işlər nazirləri və nümayəndə heyətlərinin də daxil olduğu daha geniş formatda müzakirələr başlayıb. Liderlərin ilk tur danışıqları 2 saata yaxın davam edib.
Məlumata görə, tərəflər atəşkəs anlaşmasının texniki detalları üzərində müzakirə aparır. Bununla yanaşı zirvədə ağır silahların geri çəkilməsilə bağlı texniki şərtləri də müzakirə edilir, digər problemlərə isə qarşıdakı günlərdə keçiriləcək müzakirələrdə buraxılacağı bildirilir.
Belarus xarici işlər naziri Makey də liderlərin atəşkəslə bağlı sənəd üzərində müzakirə apardıqlarını və paralel olaraq Təmas Qrupunun üzərində çalışdığı sənədi araşdırdıqlarını bildirib.