Ukraynanın baş prokuroru Vitali Yarema istefa ərizəsi yazıb. APA-nın xəbərinə görə, bu barədə "Ukrainskaya pravda” qəzeti məlumat yayıb. Ali Radanın deputatı Yelena Şkrum informasiyanı təsdiqləyib: "Gecikmiş addım olmasına baxmayaraq, bu, güclü insanın ata biləcəyi bir addımdır. İndi prezidentin qərarını gözləyirik”.
Ali Radanın digər üzvü Yeqor Sobolev isə prezidentin artıq istefanı qəbul etdiyini bildirib.