Moskvada bağlı qapılar arxasındakı zirvədə Ukraynanın taleyi müzakirə edilərkən internet aləmi də boş dayanmadı. Sürətlə yayılan bir "fotoşop" şəkili böyük diqqət çəkdi.
Baki-xeber.com xəbər verir ki, dünən axşam keçirilən və 5 saat davam edən Ukrayna böhranı ilə bağlı Moskva zirvəsi 70 il əvvə - 4-11 fevral 1945-ci il tarixində keçirilən Yalta Konfransı ilə müqayisə edildi.
Yalta Konfransında çəkilmiş şəkildə Ruzvelt, Çörçill və Stalinin yerini bu dəfə, eyni vaxta bir araya gələn Putin, Merkel və Olland tutur.
Bir məqama da diqqət çəkilir ki, Putin, Merkel və Olland 5 saatlıq görüşdə Ukrayna böhranı ilə bağlı müsbət nəticə ortaya qoya bilmədi. Ancaq Ruzvelt, Çörçill və Stalinin Yalta zirvəsi faşizm üzərində həlledici rol oynamışdı.