Türkiyə hökuməti bu ilin istirahət mövsümü üçün rusiyalı turistlərə istirahət turlarının qiymətində güzəştə getməyi nəzərdən keçirir.
Rusiya Turoperatorları Assosiyasiyasının icraçı direktoru Maya Lomidzenin sözlərinə görə, bu məsələ üzərində "hazırda iş getməkdədir".
"Güzəştli qiymətlərin tətbiqini Türkiyədən Rusiya turoperatorları xahiş edib", TASS xəbər agentliyi Maya Lomidzeni iqtibas edib.
Lomidzenin sözlərinə görə, Rusiyada mürəkkəb iqtisadi şərait səbəbidən insanlar istirahət xərclərində də qənaət etməyə başlayıb. Buna görə turoperatorları dəstəkləməyə, turistlərə qiymət güzəşti etməyə ehtiyac yaranıb, o deyir.
Məlumatlara görə, Türkiyə hökuməti rusiyalı turistlərin ölkə kurortlarına daşınması üçün əlavə maliyyə vəsaiti ayırmaq niyyətindədir.
Belə addım türkiyə kurortlarının rusiyalılar arasında populyarlığının qorunub saxlanılması məqsədilə atılıb.