"ABŞ-ın Ukraynaya silah göndərməsi ehtimalı Rusiyanın təhlükəsizliyinə təhdiddir”. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç çıxış edib.
"Vaşinqtonun Kiyevi müasir silahlarla təchiz etməsi həm Ukraynadakı münaqişənin gərginləşməsi baxımından təhlükəlidir, həm də Rusiyanın təhlükəsizliyinə təhdiddir. Bu qərar münasibətlərimizə böyük zərbə vuracaq, xüsusən də Donbasdakı insanlar ABŞ silahlarından öldürülməyə başlayanda”, - deyə o vurğulayıb.
Vaşinqtonun qəsdən Rusiya-ABŞ münasibətlərini çıxılmaz vəziyyətə saldığını deyən A. Lukaşeviç qeyd edib ki, bu dalandan çıxmaq çətin olacaq.