Fransa Prezidenti Fransua Olland və Almaniya Kansleri Angela Merkel fevralın 5-də günün ikinci yarısında Kiyevə yola düşəcəklər. Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, Fransa lideri Parisdə mətbuat konfransında deyib ki, səfərdə məqsəd Ukrayna Prezidenti Petro Poroşenko ilə danışıqlar aparmaqdır.
O, qeyd edib ki, fevralın 6-da Moskvaya da səfər edəcəklər.
Rusiya və Fransa prezidentləri Vladimir Putin və Fransua Olland, Almaniya Kansleri Angela Merkel cümə günü Moskvada Ukraynadakı vətəndaş müharibəsinin tezliklə dayandırılması üçün nə etmək mümkün olduğunu müzakirə edəcəklər. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O, qeyd edib: "Həqiqətən də sabah Putin, Merkel və Olland arasında danışıqların planlaşdırıldığını təsdiqləyirəm. Üç dövlətin lideri Ukraynanın cənub-qərbində son günlər xüsusilə kəskinləşən və çoxlu sayda insanın həlak olmasına səbəb olan vətəndaş müharibəsinin tezliklə dayandırılması üçün konkret olaraq nə etmək mümkün olduğunu müzakirə edəcəklər".