Moskva hümanitar səbəbləri rəhbər tutaraq Rusiyaya gəlib-gedən ukraynalılar üçün xarici pasport tələbini irəli sürməyəcək, Rusiya Xarici İşlər Nazirliyi bildirib. Rusiya XİN-i Ukraynanın rusiyalı vətəndaşlara ölkəyə daxili pasportlarla girişi qadağan etməsindən təəssüfləndiyini bildirib.
Rusiya XİN-in bəyanatında Kiyevin qərarının "iki dövlətin milyonlarla vətəndaşı arasında ünsiyyəti, insani əlaqələri əngəllədiyi" qeyd olunub.
Bu ilin martın 1-dən Ukrayna Rusiya vətəndaşlarına ölkəyə daxili pasportlarla daxil olmağı qadağan edir.
Müvafiq sərəncam Ukrayna baş naziri Arseni Yatsenyuk tərəfindən imzalanıb.