Pentaqon Ukraynaya letal (öldürücü) silahlar verilməsi məsələsini nəzərdən keçirir. APA-nın "112.ua” saytına istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun rəsmi nümayəndəsi, kontr-admiral Con Kirbi bəyan edib. O bildirib ki, ABŞ müdafiə idarəsində Ukraynaya letal silahların verilməsi uzun müddətdir öyrənilir və hazırda bu məsələ masadadır.
"Hazırda bizim Ukraynaya və Ukrayna təhlükəsizlik qüvvələrinə yardımlarımız qeyri-letal xarakterlidir. Lakin biz son aylar ərzində Ukrayna hökumətinin bütün yardım tələblərini – həm letal, həm də qeyri-letal – nəzərdən keçirməyə davam edirik”, - deyə C. Kirbi söyləyib.
C. Kirbi Ukraynaya konkret nə vaxt silah verilə biləcəyi haqda heç nə deməyib: "Mən bilmirəm, "nəzərdən keçirilir” sözünə "fəal” kəlməsi əlavə etmək tələb olunurmu? Nəzərdən keçirilirsə, deməli, nəzərdən keçirilir”.