Ukrayna Nazirlər Kabineti 1 mart 2015-ci il tarixindən etibarən Rusiya vətəndaşlarının ölkəyə daxili pasportla girişini qadağan edib.
APA-nın "112.ua” saytına istinadən verdiyi məlumata görə, baş nazir Arseni Yatsenyuk bildirib ki, bundan sonra Rusiya vətəndaşları Ukrayna ərazisinə yalnız xarici pasportla daxil ola bilər: "Biz daxili pasport və doğum haqqında şəhadətnamənin dövlət sərhədini keçmək üçün yetərli sayıldığı müddəanı aradan qaldırırıq”.