Yunanıstanda Radikal Sol İttifaqın (Syriza) lideri Aleksis Çiprasın başçılığı ilə qurulan yeni koalisiya hökuməti nazirliklərdəki lüks xidməti avtomobilləri "lazımsız və bahalı" olduğuna görə satışa çıxarıb.
Baki-xeber.com xəbər verir ki, inzibati islahatlar naziri Yorqos Katruqalos kabinedəki yeni nazirlərin dövlətin avtomobillərinə ehtiyacı olmadığını, hökumətin gərəksiz və bahalı avtomobilləri sataraq pul qazanmağı hədəflədiyini bildirib.
Baş nazir Çiprasın bir avtomobili olduğunu, digər nazirlərin isə motosiklet ya da taksi ilə işə gedib-gəldiklərini deyən Katruqalos, özünün isə "arada bir problemi olsa da bununla qürur duyduğunu" dediyi köhnə bir koleksiyonluk avtomobili olduğunu bildirib.
Inzibati İslahatlar Nazirliyinin satılması planlaşdırılan lüks xidməti avtomobilləri arasında, keçmiş baş nazir köməkçisi və xarici işlər naziri Evangelos Venizelosun yeni aldığı 750 min avroluq lüks zirehli avtomobilinin də olduğu bildirilir.
Bundan başqa işdən çıxarılan 3 min 500 məmur yenidən işinə qaytarılacaq.