Ukraynanın şərqindəki gərginliyin aradan qaldırılmasına dair Ukrayna-Rusiya-ATƏT üçlü təmas qrupunun Minsk toplantısında heç bir razılaşma edilmədi. Ölkənin şərqində isə qarşıdurmalar getdikcə daha da şiddətlənir.
Baki-xeber.com xəbər verir ki, qarşıdurmaların yenidən qızışdığı ölkənin şərqində son 24 saat ərzində ən az 13 əsgər, 10 da mülki şəxs həyatını itirib
Məlumata görə, separatçıların hücumu altında olan Debaltseve qəsəbəsi ətrafında hökumət qüvvələri ilə Rusiya tərəfdarı separatçılar arasında şiddətli döyüşlər davam edir.
Ağır bombardman altında olan Debaltseve qəsəbəsinə ən az 10 gündür elektrik, su və qaz verilə bilmir. Bölgə sakinləri xüsusi mikroavtobuslar və avtobuslarla qəsəbəni tərk edirlər. Baş nazir Arseniy Yatsenyuk sakinlərin evakuasiyası ilə bağlı təlimatı özünün verdiyi bildirib.