Danimarkanın Carlsberg şirkəti Rusiyanın Çelyabinsk və Krasnoyarsk şəhərlərində fəaliyyət göstərən iki "Baltika" pivə zavodunu bağlayacağını elan edib. Carlsberg qərarını Rusiyada yaranmış mürəkkəb iqtisadi şərait və ümumilikdə pivə bazarında müşahidə edilən enişlə izah edib.
Nəticədə, şirkət rəsmilərinin bildirdiyinə görə, iki filialda işləyən 766 işçidən 560 nəfərinin ixtisara düşəcəyi gözlənilir.
"Baltika" bildirir ki, kompensasiya paketi və yardım proqramlarının ümumi dəyəri 300 milyon rubldan artıq olacaq.
Carlsbergin Çelyabinsk və Krasnoyarsk şəhərlərindəki pivə zavodları istehsalı aprelin 30-da dayandıracaq. Nəticədə, "Baltika" pivəsinin Rusiyada istehsal həcminin 15% düşəcəyi gözlənilir.