Fransa höküməti Yaxın Şərqdə silahlı dəstələrə qoşulmaq barədə düşünən gəncləri fikirlərindən daşındırmaq üçün internetdə video çarx yerləşdirib.
Uzunluğu 2 dəqiqə olan bu videoda edam səhnələri də daxil olmaqla münaqişənin ən dəhşətli anları əks etdirilib.
Bu video son dövrlərdə cihadçıların sıralarına gənclərin internet vasitəsilə cəlb olunmasının qarşısını almaq istiqamətində Fransa tərəfindən görülən səylərin tərkib hissəsidir.
Suriya və İraqda fəaliyyət göstərən extremist qruplarına qoşulan və ya bu barədə düşünən Fransa vətəndaşlarının sayı 1000-dən çoxdur.
Videonun internetdə yerləşdirilməsi Parisdə yerli cihadçıların həyata keçirdiyi və 17 nəfərin ölümü ilə nəticələnmiş hücumlardan 3 həftə sonraya təsadüf edib.
Fransa hökümətinin Kommunikasiya departamentinin rəhbəri Christian Gravel-in sözlərinə görə, video sosial şəbəkələrdə də yayılacaq kı, mümkün qədər çox sayda gənclər bu videoya baxa bilsinlər.
"Ümid edirik ki bu video gənclərə şokedici təsir göstərəcək”, hökümət rəsmisi deyib.