Ukrayna parlamentinin deputatı Dmitri Linko, Strasburqda Rusiya Kommunist Partiyasının sədri Gennadi Zyuqanov və birinci müavini İvan Melnikova hücum edib.
Baki-xeber.com xəbər verir ki, Ukrayna millət vəkili özü bununla bağlı sosial şəbəkələrdə məlumat və şəkillər yayıb. Gennadi və Melnikova hücum edən Dmitri Linko onların üzərinə boya töküb.
Dünən Avropa Şurası Parlament Assambleyasının yığıncağına qatılan Zyuqanov və Melnikov məclis binası qarşısında hücuma uğradıqlarını təsdiqləyıblər. Bununla yanaşı Rusiya parlamentariləri təhlükəsizlik tədbirlərinin zəif olmasından da şikayətləniblər.
Olayın ardından Rusiya parlamenti alt qanadı Duma millət vəkilləri, AŞPA-nın növbəti iclaslarına idmançı görkəmli rus millət vəkillərini göndərəcəkləri ilə bağlı xəbərdarlıq ediblər.