Vaşinqtonda Ağ evin ərazisinə pilotsuz aparat düşüb. ABŞ-ın təhlükəsizlik xidmətinin məlumatına görə hadisə yanvarın 26-da səhər saatlarında baş verib. Onun təxminən 60 sm-lik dördkünc aparat olduğu bildirilir.
Barak və Mişel Obama Hindistana səfər getdiklərindən hadisə vaxtı evdə olmayıblar. Onların 2 qızı və nənənin isə hadisə vaxtı evdə olub-olmadıqları bəlli deyil.