Ermənistanda kiçik və orta bizneslə məşğul olan şəxslər hökumətin binası qarşısında etiraz aksiyası keçirirlər. Trend-in Ermənistan mətbuatına istiandən verdiyi məlumata görə, aksiya iştirakçıları vergi qanunvericiliyindəki dəyişikliklərə etiraz edir, həmçinin fevralın 1-dən qüvvəyə minəcək "Dövriyyədən vergi haqqında” qanuna dəyişiklikləri boykot edirlər.
Aksiya iştirakçılarının qarşısına respublika hökumətinin Vətəndaşların qəbulu və ərizələrə baxılması idarəsinin rəisi Aleksandr Kazaryan çıxıb. O, Baş nazir Ovik Abramyanla görüşmək üçün 10 nəfərdən ibarət qrupun yaradılmasını təklif edib. Ancaq aksiya iştirakçıları vergi qanunvericiliyinə dəyişiklikləri ləğv etməyi tələb edirlər.