Misirdə 25 yanvar 2011-ci ildə başlayan və inqilabla nəticələnən hadisələrin ildönümündə yenə qan axdı. Polisin müdaxiləsi zamanı ölənlərin sayının 11-ə çatdığı bildirilir.
Baki-xeber.com xəbər verir ki, paytaxt Qahirədə nümayişçilərə polis müdaxilə edib. Şahidlərin sözlərinə görə, polisin atəş açması nəticəsində iki nəfər ölüb. Nümayişçilərlə polis arasında qarşıdurmalarn davam etdiyi, təhlükəsizlik qüvvələrinin etirazçılara sərt müdaxilə etdiyi xəbər verilir.
Ölkənin digər başqa şəhərlərində də polislə çevriliş əleyhdarları arasında toqquşmalar olub. Ölənlərin sayının 11-ə çatdığı bildirilir.
Daxili İşlər Nazirliyi və Silahlı Qüvvələr koordinasiyalı şəkildə Qahirədə Təhrir, Rabia, Nahda, Süveyşdə Erbain meydanı başda olmaqla, prezident sarayları və bəzi strateji mərkəzləri nəzarət altına alıb.