Səudiyyə Ərəbistanının paytaxtında cümə günü vəfat edən kral Abdullanın dəfn mərasimi keçib. Dəfndə iştirak etmək üçün bir çox dünya hökumətlərinin nümayəndələri Ər-Riyada gəliblər.
Ər-Riyadın İmam Turki bin Adullah məscidində kralla vida mərasimi keçirilib. Dualar oxunduqdan sonra kralın qızıl kəfənə bürünmüş cəsədi Al-Aud şəhər qəbiristanlığına aparılıb. Cəsəd tez və hər hansı təmtəraq olmadan torpağa tapşırılıb. O, müsəlman adət-ənənələri üzrə adsız məzarda dəfn olunub.
Cümə günü vəfat etmiş kralın 90 yaşı vardı. Kral Abdullah ciyər infeksiyasından əziyyət çəkirdi və son həftələrini xəstəxanada keçirib.
Onun qardaşı 60 yaşlarında olan Salman yeni kral elan edilib.
1953-cü ildə vəfat edən Kral Abdulazizin üç oğlu müasir Səudi Ərəbistanının banisi sayılır. Kral Salman krallıq ailəsinin Sədaqət Şurasının çağıraraq Muqrinin kral elan edildiyini bəyan edib. "Kral Salman ibn Abdulaziz Al Saud, onun ailə üzvləri və xalq cümə gecəsi saat 1-də vəfat edən İki Müqəddəs Məscidin Kralı Abdullah ibn Abdulaziz üçün yas tutur", onun sitatında deyilir.