Suriyanın şimalındakı Kobani şəhərində İslam Dövləti (İD) qruplaşmasına qarşı mübarizə aparan kürd döyüşçüləri əsas rayonu zəbt edib və hazırda şəhərin 80 faizini idarə edirlər, fəallar deyir.
İraqın Peşmərgə döyüşçürlərinin köməyi ilə vuruşan kürdlər Kobaninin təhlükəsizlik rayonunu, o cümlədən polis qərargahını zəbt ediblər, Suriya İnsan Haqları Rəsədxanası məlumat verir.
İD şəhərə sentyabrda hücum edəndən sonra onun böyük ərazilərini ələ keçirib.
Amma bundan sonra kürd döyüşçüləri ABŞ hava zərbələrinin köməyi iləİD-ni getdikcə geri çəkilməyə məcbur edib.
Britaniyada mənzillənən Rəsədxana deyib ki, Xalq Qoruma Birlikləri (YPG) kimi tanınan kürd döyüşçüləri təhlükəsizlik rayonunu bazar günü gecə saatlarında başlayan sərt döyüşlərdən sonra zəbt edib.
Kobani rəsmisi İdriss Nassan bu məlumatı təsdiqləyib və əlavə edib ki, İD döyüşçüləri şərqdəki Maqtala və Kani Kordan rayonlarına nəzarət etməyə davam edir.