ABŞ-ın CBS telekanalının sabiq aparıcısı Şeril Attkisson ölkənin Ədliyyə Nazirliyini məhkəməyə verib. Trend-in çərşənbə axşamı RİA Novosti-yə istinadən verdiyi məlumata görə, jurnalist nazirliyi kompüterinə haker hücumları təşkil etməkdə günahlandırır.
Teleparıcı 3 müstəqil ekspertizya əsaslanaraq iddia edir ki, hakerlər 2011-2013-cü illərdə onun işini gizlicə izləyiblər.
Jurnalistin sözlərinə əsasən, bu hücumların Ədliyyə Nazirliyi ilə birbaşa əlaqəsinin olduğunu göstərən sübutlar var.