Türkiyədə həbs edilən bir qrup polis işçisi siyasətşçilərin, dövlət qulluqçuları və sahibkarların telefonlarını qeyri-qanunu dinləməkdə ittiham olunurlar, mətbuat bildirir.
Hökumət bildirir ki, telefonların gizli dinlənilməsi ABŞ-də mənzillənən ruhani Fethullah Gülenin apardığı hökumət əleyhinə kampaniyanın tərkib hissəsidir.
Gülenin özü ittihamları rədd edib.
Dekabr ayında Türkiyə məhkəməsi Gülenin həbsinə sanksiya verib.
Ötən ilin əvvəlində Fethullah Güleni ekstradisiya etməyə cəhdlər göstərilmişdi.
Lakin onun Türkiyəyə təslim ediləcəyi ehtimalı qeyri-real görünür.
Prezident Recep Tayyip Erdoğan bir vaxtlar müttəfiqi olmuş ruhanini, o cümlədən mətbuatda olan tərəfdarları vasitəsilə, hakimiyyəti devirmək cəhdində suçlayıb.