İran prezidenti Həsən Ruhani vacib məsələlərin həllində ölkədə birbaşa referendum keçirilməsinin tərəfdarıdır. O televiziya ilə müraciətində bildirib ki, ölkənin iqtisadi, sosial və mədəni həyatındakı əhəmiyyətli məsələləri parlamentdə yox, referendum yolu ilə həll etmıək daha yaxşı olardı.
1979-cu ildə qəbul edilmiş ölkə konstitusiyası vacib məsələlərin nadir hallarda referenduma çıxarılmasına imkan verir.