Fələstin muxtariyyətının rəhbəri Mahmud Abbas fələstin ərazilərinin işğalına son qoyulmasını və fələstin dövlətinin tanınmasını tələb edən yeni qətnaməni BMT-nin Təhlükəsizlik Şurasına təqdim etmək niyyətindədir. Fələstin muxtariyyəti rəhbərinin eyni məzmunda bundan əvvəlki müraciətini BMT TŞ-sı ötən həftə rədd edib, lakin yanvarın 1-dən bu qurumun tərkibində dəyişiklik baş verib.
Mahmud Abbasın sözlərinə görə, Fələstin muxtariyyətı qətnaməni BMT TŞ-a sənədin bəyənilməsinə kimi ardıcıl olaraq təqdim etmək əzmindədir.
Ekspertlərin fikrincə, BMT TŞ-nın veto hüquqlu daimi üzvü kimi ABŞ bu təşəbbüsü bolklamaqda davam edəcək.
Fələstin hakimiyyəti bundan əvvəl Beynəlxalq Cinayətlər Məhkəməsinə üzvlük ərizəsilə müraciət edib.