Əfqanıstan prezidenti Əşrəf Qəni hesab edir ki, NATO qoşunlarının ölkədən çıxarılma müddətinə yenidən baxmaq və prosesi sonrakı tarixlərə ertələmək olar. APA-nın "RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə prezident CBS telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, göstərilən sonuncu müddətlər doqma deyil: "Əgər hər iki tərəf və ya bir neçə tərəfdaş müəyyən məqsədlərə nail olmaq üçün səylərini birləşdiribsə və tərəqqi tam realdırsa, qoşunların çıxarılma müddətinə yenidən baxılması arzu edilə bilər”.
Ə.Qəni "İslam Dövləti” qruplaşmasından ehtiyatlandığını da gizlətməyib.