Almaniyanın nüfuzlu Der Spiegel jurnalı hökumətdə adı çəkilməyən mənbələrə istinadla yazır ki, Yunanıstanın avrozonadan çıxmasına rəsmi Berlin münasibətini dəyişib.
Əvvəllər bunun qəti əleyhinə olan Almaniya hökuməti indi bildirir ki, zəruriyyət yaransa, Yunanıstanın avrozonadan çıxmasının əleyhinə olmayacaq və yaranan vəziyyəti yoluna qoya biləcək.
Almaniya hökuməti Yunanıstanın avrozonadan çıxması variantını yanvarın 25-də Yunanıstandakı parlament seçkiləri ilə bağlı nəzərdən keçirir. Müxalifətin SYRİZA partiyası seçkini udsa, qənaət büdcəsinə son qoyacağını bildirir. Qənaət büdcəsi isə Yunanıstan verilən beynəlxalq yardımın əsas şərtidir.