Ukrayna prezidenti Petro Poroşenko yanvarın 4-də hökumətə göstəriş verib ki, rusiyapərəst yaraqlıların tutduğu Ukrayna hərbçilərini azad etdirməyi tezləşdirsinlər.
Poroşenko bunu təhlükəsizlik qurumlarının rəhbərləri ilə toplantıda bildirib.
İclasda Ukrayna ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi müzakirə olunub.
Rəsmilər elan ediblər ki, yanvarın 5-də Ukrayna ordusuna 100 ağır hərbi texnika veriləcək.
Poroşenko deyib ki,son ayda Ukrayna ordusuna əhəmiyyətli dərəcədə müsasir hərbi texnika verilib.