Pxenyan ABŞ-ın Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətini "acıq düşmənçilik" addımı kimi qymətləndirib, Коreya Mərkəzi teleqraf agentliyinin məlumatında deyilir.
"ABŞ-ın Şimali Koreyanı mütamadi olaraq təqib etməsi ölkəmizin iradəsinin və əzminin yalnız möhkəmlənməsinə səbəb olacaq", Reuters agentliyi Şimali Koreya XİN rəsmisinin sözlərini sitat gətirib.
Bundan əvvəl ABŞ prezidenti Barak Obama Sony Pictures şirkətinə haker hücumuna cavab olaraq Şimali Koreyaya qarşı yeni sanksiyaların yeridilməsinə razılıq vermişdi.
Sanskiya siyahısına Şimlai Koreyanın 3 şirkəti və 10 məmuru daxil edilib. Bu sansksiyalardan əvvəl ABŞ Şimali Koreyaya qarşı nüvə proqramına görə sanksiya tətbiq etmişdi.