Israil Fələstin hökumətinin aylıq maliyyələşməsi üçün pul köçürməsini dondurub. APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bu, Fələstin muxtariyyətinin Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmaq niyyətində olmasından sonra baş verib.
İsrailin Baş naziri Binyamin Netanyahu 125 milyon dollar məbləğində ödəmənin dondurulması barədə qərarı nazirlər ilə məsləhətləşmələrdən sonra verib.
Fələstin nümayəndələri İsrailin hərəkətini hərbi cinayət kimi qiymətləndiriblər.