1998-ci ildə Şərqi Afrikada Amerika səfirliklərini partlatmaqda şübhəli bilinən "Əl-Qaidə" lideri Nazih Abdul-Hamed al-Ruqai, (digər adı Abu Anas al-Libi) Nyu-Yorkdakı hospitalda vəfat edib. Onu 2013-cü ildə Liviyada həbs edib ABŞ-a gətirmişdilər.
ABŞ rəsmiləri onun səhhətində uzun müddətdən bəri mövcud olan problemlərdən öldüyünü deyirlər.
50 yaşlı Ruqai həbs edilənəcən başına 5 milyon dollar pul qoyulmuşdu.