Fransa, Böyük Britaniya, Almaniya, İtaliya və Rusiya şirkətləri İran Milli Qaz Şirkəti ilə qaz emalı zavodları və qaz boru kəmərlərinin tikintisi sahəsində əməkdaşlıq üçün müzakirələrə başlayıblar. Trend "Tasnimnews" xəbər saytına istinadən məlumat verir ki, bunu İran Milli Qaz Şirkətinin İnvestisiyaların cəlb edilməsi komitəsinin sədri Əsğər Süheylipur deyib.
Onun sözlərinə görə, Yaponiya, Çin və Koreya şirkətləri ilə də bu sahədə müzakirələr aparılır.