Odessanın Krasnıye Okna vilayətində Vladimir Leninin heykəli sökülüb. Yerə düşəndə heykəl bir neçə hissəyə parçalanıb. Trend Lenta.ru-ya istinadan xəbər verir ki, Odessanın "Svoboda" hərəkatının sosial şəbəkələrində yayılan məlumata əsasən, nasionalistlər belə Stepan Banderanın ad gününü qeyd ediblər (yanvarın 1 onun 106 yaşı tamam olacağdı).