Naməlum şəxslər İŞİD terror qruplaşmasının bayraqlarını yandırdıqdan sonra silahlılar İraqın Kərkük əyalətində iki kəndə hücum edərək onlarla sakini girov götürüb.
APA-nın "RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bölgədə İŞİD-in iki bayrağının yandırılmasına cavab olaraq silahlılar Əl Şajara və Qərib kəndlərinə hücum edərək 170 sakini əsir götürüb. "Təxminən 30 avtomobildə hərəkət edən silahlılar girov götürdükləri insanları Havica şəhərinə aparıblar. Bu şəhərdə İŞİD-in həbsxanası və məhkəməsi yerləşir”, deyə yerli kəşfiyyat qurumunun nümayəndəsi "Frans Press”ə bildirib.