Türkiyədə yerli vali ictimai binalarda ilk üç mərtəbəyə çıxmaq üçün liftlərdən istifadə etməyi qadağan edib. Daily Sabah saytı yazır ki, Edirne vilayətinin valisi Dursun Ali Şahin istəyir ki, adamlar liftin əvəzinə pilləkanla qalxsınlar.
Qadağa ancaq xəstəxanalara, qocalar evlərinə və sağlamlıq səbəblərinə görə pilləkanla qalxa bilməyənlərə şamil olunmayacaq.
"Liftin əvəzinə pilləkanla qalxmaq həyatınıza bir gün əlavə edə bilər", - cənab Şahin deyir. O, gələcəkdə qadağanı özəl binalara da şamil etməyi planlaşdırdığını da bildirib: "Bu addım daha yaxşı sağlamlığı təbliğ etmək üçündür. Bundan savayı, enerji xərclərini azaltmağa kömək edəcək".
Cənab Şahin deyir ki, yeni qaydaların əməl olunmasını yoxlamaq üçün ictimai binaların liftlərinə keşikçilər qoyulacaq.