Suriya prezidenti Bəşər Əsəd yeni ildə Dəməşqin şərqindəki Cobar bölgəsində olan cəbhə xəttində əsgərlərlə bir araya gəlib.
Səngərlərə girən Əsəd, burada silahlı müxalifləri də sərt sözlərlə tənqid edib: "Onlar yer altında, tunellərdə yaşayırlar. Yerin altında kim yaşayır? Yer altında ya gəmiricilər, ya kərtənkələlər ya da siçanlar yaşayar. Bizlər isə yerin üstündə döyüşürük. Ölkədə hələlik bayram əhval-ruhiyyəsi yoxdur, çünki ölkədə döyüş gedir, bayram ordunun zəfər qazanmasıdır".