Misirin baş məhkəməsi "Al-Jazeera” telekanalının üç əməkdaşının işinə yenidən baxılmasına qərar verib. Jurnalistlər səhv xəbər yaymaqda təqsirli bilinib.
Qərar Qahirədə, Peter Greste, Mohamed Fahmy və Baher Mohamed-in hökmə qarşı apelyasiya şikayətindən sonra verilib.
Prokurorluq hökmün problemli olduğunu etiraf edib, məhkumların vəkilləri bildirib. Yeni məhkəmə prosesi bir ay ərzində başlayacaq lakin üç kişi həbsdə qalmalıdır.
"Al-Jazeera” hakimiyyəti jurnalistlərini sürətlə azadlığa buraxmağa çağırıb.
Jurnalistlər ittihamları rədd edir. İttihamlardan biri, fəaliyyətinə qadağa qoyulan Müsəlman Qardaşları ilə əməkdaşlıq etməkdir. Onlar deyirlər ki, sadəcə xəbərləri yayırdılar.