İtmiş AirAsia şirkətinə məxsus QZ8501 reysli təyyarədən ən azı 40 cəsəd tapılıb, İndoneziya hərbi-dəniz qüvvələri məlumat verir.
Cəsədlər və təyyarə qalıqları Yava Dənizində aşkar olunub. Qalıqların təyyarəyə məxsus olduğu hələ ki, təsdiqlənməyib.
Göyərtəsində 162 adam olan Airbus A320-200 təyyarəsi bazar günü İndoneziyadan Sinqapura yollanarkən yoxa çıxıb. Axtarış əməliyyatı artıq üçüncü gündür ki, davam edir.
AirAsia şirkətinin yaydığı məlumata əsasən, yoxa çıxmaqdan əvvəl QZ8501 reysilə uçuş həyata keçirən təyyarə pis hava şəraitilə bağlı marşrutun dəyişdirilməsi üçün dispetçer xidmətinə müraciət etmişdi.