İsveçdə daha bir məsciddə yanğın baş verib. APA-nın "Röyters”ə istinadən verdiyi məlumata görə, Eslev şəhərində baş verən hadisə nəticəsində xəsarət alan olmayıb.
Polis əməkdaşları yanğının məqsədli şəkildə törədildiyini istisna etmirlər.
Yanğını törətmiş şəxs barədə məlumat yoxdur.