Dekabrın 28-də NATO-nun başçılıq etdiyi beynəlxalq koalisiyaformal olaraq Əfqanıstanda 13 illik döyüş əməliyyatına yekun vurur.
Mərasim Kabildə keçirilir. Təhlükəsizlik baxımından mərasim barədə detallar bildirilmir. Əfqanıstanda bundan sonra da NATO-nun rəhbərlik etdiyi qüvvələrin 13 min əsgəri qalacaq. Onlar Əfqanıstan ordusuna yardım göstərəcək.