İndoneziyaya məxsus sərnişin təyyarəsi Sumatra adasının şərq sahillərində radarlardan itib. APA-nın məlumatına görə, təyyarənin İndoneziya sahillərində dənizə düşdüyü ehtimal edilir. Lakin İndoneziya Nəqliyyat Nazirliyi təyyarənin sərnişinlərinin həlak olduğu barədə hələlik rəsmi açıqlama verməkdən çəkinirlər.
"Bu saata təyyarə ilə əlaqənin itməsindən başqa hər hansı məlumatı təsdiqləmək üçün əlimizdə əsas yoxdur”, - İndoneziya Nəqliyyat Nazirliyinin Hava Nəqliyyat İdarəsinin baş direktoru Coko Murcatmo bildirib.
İndoneziya Nəqliyyat Nazirliyində qeyd ediblər ki, təyyarə ilə əlaqə 6 saat əvvəl kəsilib və hazırda hava gəmisinin havada olmadığı dəqiqidir.
"AirAsia” aviaşirkətinə məxsus "Airbus A312” təyyarəsi İndoneziyanın Surabay şəhərindən Sinqapura uçurmuş.