Gürcüstanın baş naziri İrakli Qaribaşvili sabiq prezident Mixail Saakaşvilini xalq düşməni adlandırıb. APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, İ. Qaribaşvili ilin yekunlarına həsr olunmuş mətbuat konfransında Saakaşvilinin gürcü hərbçilərini Ukraynada döyüşmək çağırışını biabırçılıq kimi dəyərləndirib.