Ukrayna daxili işlər nazirinin müavini Serqey Çebotarın otağında dinləyici qurğu aşkarlanıb. Trend-in məlumatına görə, bu barədə Ukrayna DİN-in rəsmi saytında yerləşdirilən məlumatda deyilir.
Çebotarın otağının qapısının tutacağına quraşdırılmış kamera həm video, həm də audio siqnallar ötürə bilirdi və 24 saat işlək idi.