Rusiya prezidenti Vladimir Putin Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması sazişinin ratifikasiyası haqqında qanunu imzalayıb. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, müvafiq sənəd Ermənistanın Avrasiya İqtisadi İttifaqı müqaviləsinə, habelə Gömrük İttifaqı çərçivəsində imzalanan digər beynəlxalq sənədlərə qoşulmasını nəzərdə tutur.
Ümumdünya Ticarət Təşkilatının üzvü olan Ermənistanın tarif öhdəliklərinə yenidən baxılacağı, habelə Avrasiya İqtisadi İttifaqının Vahid Gömrük Tarifinə düzəlişlərin ediləcəyi gözlənilir.