Pakistanda terrorçuluq fəaliyyətində ittiham olunan 500 məhkum yaxın günlərdə edam olunacaq. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, bu qərarı baş nazir Pərviz Şərif taliblərin Peşəvərdəki məktəbə hücumundan sonra verib.
Ölkənin daxili işlər nazirliyi 500 məhkumun işini nəzərdən keçirdikdən sonra həmin şəxslərin əfv ərizəsi prezident Məmnun Hüseyn tərəfindən rədd olunub.