Belarus baş nazirinin müavini Mixail Rusıy bildirib ki, Minsk və Moskva Rusiyaya ixrac edilən ərzaq mallarının qiymətlərinin qeydiyyatını ABŞ dolları ilə aparılmasına dair razılığa gəlib. Bu barədə APA "TASS”-a istinadən məlumat verir.
"Razılığa əsasən, Rusiyaya ixrac ediləcək malların qiymətləri Rusiya Federasiyası Mərkəzi Bankının məzənnəsinə uyğun ABŞ dolları ilə ilkin ödəniş şəklində qeydə alınacaq”, deyə Rusıy bildirib.