Kürd peşmərgə qüvvələri İraqın şimal-şərqindəki Sincar şəhərini İŞİD terror qruplaşmasından azad edib. APA-nın "RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, kürd silahlı birləşmələri İŞİD-ə qarşı iki gün əvvəl başladıqları genişmiqyaslı əməliyyatı davam etdirərək bu gün Cincar şəhərinə daxil olublar.
Məlumata görə, peşmərgələr hazırda şəhərin və ətraf qəsəbələrin yollarını minalardan və partlayıcı qurğu təmizləyir.