Avqust ayında elan edilmiş atəşkəsdən sonra ilk dəfə olaraq Israil Qəzza bölgəsində Həməsə məxsus olduğu deyilən mövqelərə hava zərbələri endirib. İsrail hərbiyyəsi bildirir ki, hücum Qəzzadan raket buraxılmasına cavab addım olub.
Qəzzadakı Xan Yunis rayounun sakinləri iki güclü partlayış səsinin eşidildiyini bildirirlər.
Avqust ayında elan edilən atəşkəs 7 həftə davam edən döyüşlərə son qoyub. Qarşıdurma 2,200 adamın ölümünə bais olub. Onların əksəriyyəti fələstinlidir.
Şənbə günü təyyarələr "Həmas terror infrastrukturunu" hədəfləyib, İsrail Müdafiə Nazirliyinin sözçüsü deyib.
Polkovnik-leytenant Peter Lerner deyib ki, hava zərbələri cümə günü Fələstindən həyata keçirilən raket həmləsinə cavab olub. Qəzzadan atılan raket İsrailin Eşkol şəhəri yaxınlığındakı tarlaya düşərək dağıntı və tələfat yaratmayıb.