Türkiyənin Ankara şəhərində dünyəvi təhsil tərəfdarlarının keçirdiyi mitinqdə yüzdən çox nümayişçi saxlanılıb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumatına görə, nümayiş təhsil işçilərinin həmkarlar ittifaqı tərəfindən "Dünyəvi təhsil və əməyə hörmət” şüarı altında təşkil olunub. Polis etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnağından istifadə edib.
"Yatağan" meydanı yaxınlığında başlayan etiraz nümayişi şəhər strukturları ilə razılaşdırılmadığından, "Kızılay" meydanına doğru yürüş etmək istəyən kütlənin yürüşü davam etdirilməsinə imkan yaradılmayıb.