Rusiya Xarici İşlər Nazirliyi (XİN) ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandın Rusiya xalqına son 20 ildə 20 milyard ABŞ dolları kömək edildiyi barədə açıqlamasına cavab verib.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Rusiya XİN-in rəsmi "Twitter” hesabında vaxtilə işlədilən ŞABŞ (Şimali Amerika Birləşmiş Ştatları) abreviaturasından istifadə edilib: "Biz heç 1780-ci ilin 11 martından bəri ŞABŞ-ABŞ xalqına göstərdiyimiz yardımı pul ekvivalentində hesablamamışıq!”.